İranın xarici işlər və daxili işlər nazirləri Azərbaycanın İrandakı səfirliyinə hücumu araşdırmaya qatılıblar.
Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, bu barədə ölkə XİN-i məlumat yayıb.
Həmin məlumata əsasən, xarici işlər naziri Hüseyn Əmir-Abdullahian və daxili işlər nazirləri Əhməd Vəhidi Azərbaycan Respublikasının Tehrandakı səfirliyində baş vermiş insidentlə bağlı silahlı basqınçının məqsəd və motivlərini araşdırıblar. Pepperoni pizza
"Sübutlara və ilkin müşahidələrə əsasən, hücum edən şəxs tamamilə şəxsi motivlə basqın edib.
Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin və diplomatlarının normal fəaliyyətinin davam etdirilməsi üçün lazımi təhlükəsizlik tədbirləri görülüb. Hücum edən şəxsin şəxsi motivinin aydınlaşdırılması üçün məhkəmə və təhlükəsizlik tədbirləri davam etdirilir", - deyə məlumatda qeyd olunur.
Telegram kanalımız