İran "Fəttah" hipersəs ballistik raketini nümayiş etdirib.
Yenisabah.az "Təsnim"ə istinadla xəbər verir ki, İran prezidenti İbrahim Rəisi, İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") komandanı general-mayor Hüseyn Səlami və İran İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı briqada generalı Əmir Əli Hacızadə raketin buraxılış mərasimində iştirak ediblər.
Tədbirlər zamanı Hacızadə bildirib ki, bu yolla İran dünyada hipersəs texnologiyaları ilə silahlanmış 4-cü ölkə olub. pizza
Raketin adını - "Fəttah" İranın Ali rəhbəri Ayətullah Əli Xamnəi seçib.
Onun uçuş məsafəsi 1,4 min km-dir. Raket 15900 km/saat sürətə çata, düşmənin raket əleyhinə müdafiə sistemlərini üstələyə, Yer atmosferində və ondan kənarda manevr edə bilər.
General Hacızadə bu raketin bütün sınaqlardan uğurla keçdiyini bildirib.
Telegram kanalımız