İran hərbi alimləri səsdən sürətli qanadlı raket hazırlamaq üçün texniki "nou-hau" əldə ediblər.
Yenisabah.az Təsnim-ə istinadla xəbər verir ki, yerli mütəxəssislərin layihələndirdiyi və istehsal olunan qanadlı raket hazırda sınaq mərhələsindədir.
İranın yeni nəsil qanadlı raketi kimi tanınan səsdən sürətli mərmi İranın müdafiə texnologiyasında yeni səhifə açacaq, çünki səsdən sürətli qanadlı raketin qarşısını almaq olduqca çətindir. pizza hut
Bu yüksək texnologiyalı məhsulun hazırlanmasından əvvəl İran qanadlı raketlər üçün yerli istehsal olan “Tolou” (Şəfəq) adlı turbojet mühərrikindən istifadə edirdi.
“Səsdən sürətli qanadlı raketlərin inkişafı hər hansı hərbi münaqişə zamanı İranın cavab gücünü xeyli artıracaq və işğalçı qüvvələrin vaxtında reaksiya verməsinin qarşısını alacaq", - deyə mütəxəssislər vurğulayıblar.
Telegram kanalımız