İranda 6 nəfər haqqında edam hökmü çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

İranda 6 nəfər haqqında edam hökmü çıxarıldı

Dünya

06 Mart 2023 13:36 577


İranın Xuzistan əyalətində Əhvaz şəhər məhkəməsi “Hərəkat-e ən-Nidal” silahlı qruplaşmasının 6 üzvü – Əli Mojdam, Məhəmməd Reza Müqəddəm, Moin Xanfəri, Həbib Dariş, Adnan Qobişavi və Səlim Musəvi barədə ölüm hökmü çıxarıb.

Yenisabah.az “Mehr”ə istinadla xəbər verir ki, onlar 2016 və 2017-ci illərdə Xuzistan əyalətində silahlı hücum təşkil etməkdə ittiham olunur.

Məlumata görə, Əli Mojdam və Məhəmməd Rza Müqəddəm “Hərəkat ən-Nidal əl-Ərəbi” silahlı qruplaşmanın liderləridir. Dördpendirli pizza

Bu qruplaşma 2000-ci ildə yaradılıb və 2016-cı ildən silahlı fəaliyyətə başlayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!