Tehran İslam İnqilab Məhkəməsində casusluqda ittiham olunan Belçika vətəndaşı haqqında hökm çıxarılıb.
Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, 1981-ci il təvəllüdlü Olivye Vand Kastil 4 ittihama əsasən mühakimə olunub və cəzalanıb.
O, casusluğa görə 12,5 il müddətinə azadlıqdan məhrum olunub. Bundan başqa, valyuta qaçaqmalçılığı ittihamı ilə 2,5 il müddətinə azadlıqdan məhrum etmə, cərimə ödəmə və 74 şallaq cəzası alıb. Sezar pizza
Çıxarılmış hökmdən 20 gün müddətində apellyasiya məhkəməsində şikayət verilə bilər.
Telegram kanalımız