İranda istiyə görə əlavə istirahət günləri elan olundu

saytların hazırlanması

Evə çatdırılma

İranda istiyə görə əlavə istirahət günləri elan olundu

Dünya

01 Avqust 2023 16:31 1166


İran hökuməti anomal güclü istilərə görə Çərşənbə və Cümə axşamı günlərini istirahət günü elan edib.

Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, bunu Rəisi administrasiyasının sözçüsü Əli Bahadori Cəhromi deyib.

Onun sözlərinə görə, avqustun 2-si və 3-ü dövlət idarələrinin, bankların və məktəblərin müvəqqəti bağlanması qərarı Səhiyyə Nazirliyinin tövsiyəsi ilə qəbul olunub. Toyuqlu pizza

Nazirlik yüksək temperatura görə günvurma hallarının mümkün artımı ilə bağlı xəbərdarlıq edib.

Son günlər İranda havanın temperaturu Selsi üzrə 40 dərəcəyə çatır. Tehranda bu gün termometr 38 dərəcəyə, İranın cənub-qərbindəki Əhvaz şəhərində isə 50 dərəcəyə yüksəlib.

Meteoroloqlar yaxın üç gün ərzində Tehranda temperaturun daha da yüksələ biləcəyini proqnozlaşdırırlar - 39 dərəcəyə qədər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!