İranda 10 hərbçi Ukrayna təyyarəsinin vurulmasına görə həbsxanaya göndərilib.
Yenisabah.az "Mehr"ə istinadla xəbər verir ki, onlar 2020-ci ilin yanvarında komandanlıqla razılaşdırmadan təyyarəni vurmaqda ittiham olunublar.
Hökmə əsasən, zenti batareyasının komandiri 10 il, daha 9 hərbçi isə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum ediliblər. Dominos pizza
Xatırladaq ki, 2020-ci il yanvarın 8-də Tehran-Kiyev marşrutu ilə uçan Ukrayna təyyarəsinin vurulması ilə 176 nəfər həlak olub. Təyyarədə 11 Ukrayna vətəndaşı, o cümlədən 9 ekipaj üzvü, həmçinin İran, Kanada, İsveç, Əfqanıstan, Almaniya və Böyük Britaniya vətəndaşları olub.
Telegram kanalımız