İranın ABŞ-yə qarşı “gizli gücü” - SEPAH generalı hansı mesajı verdi?

saytların hazırlanması

Evə çatdırılma

İranın ABŞ-yə qarşı “gizli gücü” - SEPAH generalı hansı mesajı verdi?

Dünya

20 Avqust 2026 19:26 197


İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi, briqada generalı Hüseyn Məhəmmədi ABŞ-nin hərbi əməliyyatları bərpa edəcəyi təqdirdə İranın daha güclü silahlardan istifadə etməyə hazır olduğunu bildirib.

"Yeni Sabah" xəbər verir ki, general bu barədə açıqlama verib.

"Hazırda SEPAH raketlərinə quraşdırılmış döyüş başlıqlarının dağıdıcı gücü indiyədək hərbi əməliyyatlarda istifadə olunanlardan dəfələrlə böyükdür. Əgər müharibə başlasa, bizim silahlarımız hər baxımdan əvvəlkilərdən tamamilə fərqlənəcək", - deyə general bildirib. pizza sifarişi

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp İran haqqında danışarkən vəziyyətin ya çox yaxşı olacağını, ya da hazırkı kimi qalacağını bəyan edib. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!