İranın keçmiş XİN rəhbərindən Azərbaycana hədə:  “Bunun nəticəsi fəlakətli olacaq“

saytların hazırlanması

Evə çatdırılma

İranın keçmiş XİN rəhbərindən Azərbaycana hədə: “Bunun nəticəsi fəlakətli olacaq“

Dünya

05 Oktyabr 2021 14:20 14632


"Əlbəttə, əvvəldən Azərbaycanın mərhum prezidenti Heydər Əliyevə tövsiyəmiz əməkdaşlıq etməklə ölkənin silahlı qüvvələrini maddi-texniki əsasını gücləndirmək və və öz qüvvələri ilə işğal olunmuş əraziləri işğaldan qurtuluşuna  nail olmaq olub".

Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, bunu İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının sədri, keçmiş xarici işlər naziri Seyyid Kamal Xərrazi bildirib.

"İstənilən ölkənin təhlükəsizliyini təmin etmək üçün xaricilərə güvənmək məntiqli və ağlabatan bir həll yolu deyil. Çünki motivləri, məqsəd və maraqları səbəbindən bölgədə hərbi rəqabətə, ev sahibi ölkəyə zərər və hətta məhv edilməsinə səbəb ola bilər. Bundan əlavə, xarici qüvvələrin rolu nə qədər çox olarsa, ev sahibi ölkənin ondan asılılığı o qədər dərin olar", - deyə Xərrazi qeyd edib. pizza mizza

Xərrazi vurğulayıb: "Bölgəsində xarici qüvvələrin olması ilə hərbi qüdrətini gücləndirə bilən xarici ölkə artıq xarici qüvvələrə ehtiyac duymaya bilər. Əgər İslam Respublikası bu gün bölgədə şəriksiz bir gücdürsə, bu, özünəgüvənmə və xarici qüvvələrdən müstəqil olması sayəsindədir".

Eks-nazir 30 il ərazisi işğal altında olmuş Azərbaycanı tərifləyib, lakin daha sonra iradlar bildirib:

"Əlbəttə, əvvəldən Azərbaycanın mərhum prezidenti Heydər Əliyevə tövsiyəmiz əməkdaşlıq etməklə ölkənin silahlı qüvvələrini maddi-texniki əsasını gücləndirmək və və öz qüvvələri ilə işğal olunmuş əraziləri işğaldan qurtuluşuna  nail olmaq olub. 

Şübhəsiz ki, sionist rejim (İsrail - red.) Azərbaycanda gözlənilmədən yuva qurub və mövcud hökumətin strateji səhvi ucbatından bölgədə müharibəni alovlandırmaq üçün şərait yaradılıb. Bunun nəticəsi fəlakətli olacaq. Azərbaycan Respublikasının səlahiyyətlilərinə tövsiyəmiz xarici qüvvələrə müraciət edərək təhlükəsizlik əldə etmək xəyalından qurtulmaq və öz xalqına güvənmədir. Azərbaycanın öz əlləri ilə öz ölkəsinin təhlükəsizliyini qorumağı bacaran mübariz və qəhrəman xalqı var".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!