İranın keçmiş yollar və şəhərsalma naziri Rüstəm Qasemi bu gün səhər saatlarında vəfat edib.
Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, Rüstəm Qaseminin yaxınları bu xəbəri təsdiqləyiblər.
O, uzun sürən xərçəng xəstəlikdən sonra dünyasını dəyişib. pizza
R. Qasemi İraq-İran müharibəsinin iştirakçısı olmuşdu. O, sabiq prezident Mahmud Əhmədinejad dövründə neft naziri vəzifəsini tutmuşdu. 2021-ci ilin prezident seçkilərində namizədliyini İbrahim Rəisinin nəfinə geri götürmüşdü.
Bir müddət əvvəl keçmiş nazirin arvadı ilə hicabsız fotoları yayılmışdı. Bundan sonra R. Qasemi səhhəti ilə bağlı istefa ərizəsini yazmışdı.
Dekabrın 7-də İran parlamenti onun yerinə Mehrdad Bəzrpaşı yeni yollar və şəhərsalma naziri kimi təsdiqləyib.
Telegram kanalımız