Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

İranın quyruğu hardadır? – “Amilinin ölkəsini şirə bənzətməsi çox gülüncdür”
20 Sen 2021 17:16
6037

İranın quyruğu hardadır? – “Amilinin ölkəsini şirə bənzətməsi çox gülüncdür”

İran dini lideri ayətullah Xamneyinin nümayəndəsi, Ərdəbil şəhərinin imamcüməsi ayətullah Seyid Həsən Amili öz cümə xütbəsində Azərbaycanı hədələyib.

Azərbaycan, Türkiyə və Pakistan hərbçilərinin birgə təlimlər keçirməsinə münasibət bildirən Amili Azərbaycana “şirin quyruğu ilə oynamamağı” məsləhət görüb. Təbii ki, “Şir” deyəndə, ayətullah Amili “İranı nəzərdə” tutub.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli “Bakı-Xəbər”ə iranlı ayətullahın Azərbaycanı hədələməsinin yolverməz olduğunu bildirib və qeyd edib ki, Amiliyə layiqli cavab verilməlidir.  

“Ərdəbil şəhərinin imamcüməsi ayətullah Amilinin öz cümə xütbəsində Azərbaycanı hədələməsi nəinki həyasızlıqdı, bu həm də Azərbaycan xalqına və dövlətinə çox təhlükəli bir mesajdır. Əslində, Amilinin və onun kimilərinin Azərbaycanın uğurlarına qıcıqlanması gözlənilən idi. Çünki onlar gözlərinin qarşısında güclü, bölgədə öz sözünü deyən bir Azərbaycan görürlər. Azərbaycanın 44 günlük müharibədə qələbə qazanmasını və özünü bütün dünyada təsdiqləməsini bəlkə də Ermənistandan daha çox İran İslam rejimi həzm edə bilmir. 

Azərbaycanın güclənməsindən ciddi narahatlıq keçirən İran rejimi öz çirkin niyyətlərini hansısa ayətullahdan istifadə etməklə dilə gətirir və Azərbaycana hədələyici mesajlar göndərir. Bununla da düşünürlər ki, Azərbaycan dövləti, hökuməti geri çəkiləcək, amma onlar buna ümid edirlərsə yanılırlar, Azərbaycan heç zaman geri çəkilməyəcək. Azərbaycanın bu məsələdə tutduğu mövqe, həm də öz ərazi bütövlüyünü böyük ölçüdə təmin etməsi, təbii ki, İranı çox ciddi narahat edir. Bu aydındır. Azərbaycan Respublikasının güclənməsi həm də Güney Azərbaycan  milli hərəkatının güclənməsi deməkdir, bu bütövlükdə İran adlanan ölkənin ərazisində yaşayan bütün türk xalqlarının güclənməsinə təkan verən amildir.

Bilirsiz ki, müharibədən əvvəl də, müharibə dövründə də Azərbaycan İranın təxribatları ilə bağlı rəsmi Tehrana münaasibətdə kifayət qədər səbr və təmkin nümayiş etdirdi. Ancaq bir çox hallarda rəsmi Tehranın təxribatları o həddə çatdı ki, ona susmaq mümkün deyil. Rəsmi Tehran dildə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyir, ancaq əməldə bəzən gizli, bəzən isə açıq-aşkar Ermənistana və Qarabağdakı separatçı tör-töküntülərinə dəstək verib. 44 günıük müharibədən sonra fars-molla rejimi bu dəstəyə son qoymaq əvəzinə onu davam etdirir”.

İranın Ermənistanı və separatçı tör-töküntüləri qida, yanacaq, silah və sair vasitələrlə daim təmin etdiyini deyən F.Ələkbərlinin sözlərinə görə, bu ölkə birmənalı olaraq Azərbaycanın qələbə qazanmasını qəbul edə bilmir. 

Amilinin İranı “şirə” bənzətməsinə gəlincə, F.Ələkbərli “ Amili çox səhv edərək Azərbaycana “şirin quyruğu ilə oynamamağı” məsləhət görüb. Əslində, İran adlı bir “şir” yoxdu, tarixdə olmayıb da, yəqin ki, Amili bunu hansısa fantaziyalara qapılaraq deyib. Biz bilirik ki, farslar arasında bu cür nağıllar uyduranlar da, ona inananlar da var. Amilinin və onun kimilərinin nəzərdə tutduğu “şir” əslində yoxdur, tarix boyu da olmayıb. 

İndi İran adlanan ölkədə ən azından son min ildə hökm sürən Azərbaycan türkləri olub. Əsrlər boyu türk dövlətlərində farsların hansı vəzifələr daşıdığı məlumdur. Ona görə də, bu gün onların türklərə dikbaşlıq etməsi, əlbəttə ki, cəzasız qalmayacaq. Bu cür həddini aşmalar Güney Azərbaycandakı milli hərəkatı da gücləndirəcək. Rəsmi Tehran yaxşı bilir ki, hər gün Azərbaycan bir addım da irəli gedir, hər gün daha da güclənir, bu da İranı qıcıqlandırır. Azərbaycan Respublikası gücləndikcə dünya  azərbaycanlıları onun və ölkə rəhbərinin ətrafında daha sıx birləşir, daha çox dəstək verir.  

Azərbaycanın uğurları İranı elə vəziyyətə salıb ki, nə edəcəyini bilmir, odur ki, Amili kimilərindən istifadə edib bu cür həddini aşan bəyanatlar verir. Amilinin İranı şirə bənzətməsi çox gülüncdü. Azərbaycan torpaqlarını böyük ölçüdə azad etdikdən sonra İran qorxur ki, növbəti hədəf o ola bilər. Amilinin İranı şirə bənzətməsi isə gözlədikləri təhlükə qarşısındakı çırpıntılarıdır. Bu baxımdan İran bizə əzələ nümayiş etdirmək istəyir, özünü göstərir. Bir məqamı da deyim ki, İkinci Qarabağ müharibəsi zamanı güney azərbaycanlılar, soydaşlarımız Araz çayı boyunca yığılmışdılar, qələbəmizi qeyd edirdilər.

İranı, eyni zamanda, Azərbaycan, Türkiyə və Pakistanın hərbi əməkdaşlığı ciddi narahat edir. Lakin İran buna qarşı hər hansı bir adekvat addım atmaq istəsə belə, heç nəyə nail ola bilməyəcək…” - deyə F.Ələkbərli qeyd etdi.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər