Moskva İran və Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında tamhüquqlu azad ticarət sazişinin bağlanması üzrə danışıqlarda irəliləyişin olduğunu qeyd edir.
Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Rusiya və İran xarici işlər nazirləri arasında sabah keçiriləcək danışıqlardan əvvəl bildirilib ki, artıq 6 raund məsləhətləşmələr keçirilib: pizza
"İstənilən nəticəni mümkün qədər tez əldə etməyi səbirsizliklə gözləyirik. Bu, həcmi artmaqda davam edən ikitərəfli ticarət-iqtisadi əməkdaşlığa əlavə təkan verəcək”
Qeyd olunur ki, müxtəlif səviyyələrdə, o cümlədən ən yüksək səviyyədə siyasi dialoqun yüksək dinamikası qalmaqdadır. Xarici işlər nazirlikləri, hökumətlər, parlamentlər, təhlükəsizlik şuralarının katibləri və digər strukturlar və təşkilatlar vasitəsilə əlaqələr qurulur:
“Biz regional sabitlik və beynəlxalq təhlükəsizlik maraqları naminə Tehranla əməkdaşlığı daha da genişləndirmək niyyətindəyik. Ölkələrimiz arasında inkişaf etmiş dostluq və mehriban qonşuluq münasibətlərini daha da möhkəmləndirməyə, bütün əsas sahələrdə çoxşaxəli əməkdaşlığın mütərəqqi inkişafına yönəlmişik”.
Telegram kanalımız