İranlı general Əfqanıstana getdi - Sərhəd gərginliyi

saytların hazırlanması

Evə çatdırılma

İranlı general Əfqanıstana getdi - Sərhəd gərginliyi

Dünya

21 May 2023 09:36 692


İran və Əfqanısta arasında su mübahisəsinin davam etdiyi bir dövrdə iki ölkə hərbçilərinin görüşü baş tutub.

Yenisabah.az "Jahan International"a istinadla xəbər verir ki, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi müavini Bəhram Hüseyni Motləqin başçılıq etdiyi nümayəndə heyəti Kabilə gedib.

Bu, "Taliban"ın 2021-ci ilin avqustunda hakimiyyətə gəlməsindən sonra İran hərbi heyətinin Kabilə ilk səfəridir. Pepperoni pizza

Briqada generalı Motləq "Taliban" Baş Qərargah rəisinin müavini Mali Xan Sədiqlə görüşüb.

Danışıqların əsas mövzusu müştərək sərhəd əlaqələrin gücləndirilməsidir.

Son zamanlar İran sərhədçiləri ilə "Taliban"ın sərhəd keşikçiləri arasında vaxtaşırı sərhəd gərginliyi yaranır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!