İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş qonşu ölkələrin maliyyə və kredit assosiasiyaları ilə İranın dəmir yolu və liman layihələrində iştirak etmək üçün "yaxşı razılaşmalar" əldə edildiyini bildirib.
Yenisabah.az "Təsnim"ə istindla xəbər verir ki, onun sözlərinə görə, İpək Yolu yenidən canlanacaq.
İran-BƏƏ Birgə İqtisadi Komissiyasına da sədrlik edən Bəzrpaş mayın 15-də BƏƏ-nin enerji və infrastruktur naziri Suheyl Məhəmməd əl-Məzruinin rəsmi dəvəti ilə 17-ci illik Yaxın Şərq Dəmir Yolları Sərgisi və Konfransında iştirak etmək üçün Əbu-Dabiyə səfər edib. Sezar pizza
M. Bəzrpaş sosial media hesabında yazıb: "Əbu-Dabidə keçirilən 17-ci İllik Yaxın Şərq Dəmir Yolu Sərgi və Konfransında İranın texniki və mühəndislik xidmətlərinin ixracı və İran şirkətlərinin dəmir yolu layihələrində iştirakı ilə bağlı yaxşı razılaşmalar əldə olunub".
Telegram kanalımız