İranlı qadınların alveri ilə məşğul olan cinayətkar dəstə ifşa olundu

saytların hazırlanması

Evə çatdırılma

İranlı qadınların alveri ilə məşğul olan cinayətkar dəstə ifşa olundu

Dünya

18 İyul 2022 19:24 852


İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Kəşfiyyat Xidməti İraqın insan alveri ilə məşğul olan cinayətkar dəstənin başçısını həbs edib.

Yenisabah.az "Təsnim"ə istinadla xəbər verir ki, o, İraq Kürdüstanının Ərbil şəhərinə iranlı qadın və qızları satırmış.

Bu şəxs xaricdəki farsdilli mediada həbsi İslam Respublikasının cinsi azlıqlara qarşı zülmü kimi qeyd edilən "Sara" ləqəbli Zəhra Mənsuri Həmədanidir. Toyuqlu pizza

"Homoseksuallığı təbliğ etmək, qumar oynamaq, fırıldaqçılıq və qeyri-qanuni cinsi əlaqəni ləkələmək və onu kiber məkanda dərc etmək bu şəxsin əməlləri sırasında olub.

Lakin "Sepah"ın kəşfiyyat qüvvələri bir neçə aylıq müşahidədən sonra bu qadın vasitəsilə İraqın Ərbil şəhərində iranlı qadın və qızların ən böyük insan alveri dəstəsini ifşa edib.

Bu dəstəni Əlirza Fərcadi Kia və Keti adlı iki şəxs idarə edirdi, onlar Zəhra Mənsuri Həmdani ilə əməkdaşlıq edərək yüzlərlə iranlı qızı Ərbilə aparıblar.

İddiaya görə, sayı minə çatan bu qadın və qızlar İraqın Ərbil şəhərində satılıb", - deyə İİKK-nın bəyanatında qeyd olunur.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!