ABŞ hərbçiləri İraq Kürdüstanında yerləşən bəzi hava hücumundan müdafiə sistemlərini sökərək bölgədən çıxarmağa başlayıb.
“Yeni Sabah” xəbər verir ki, “Al Hadath” telekanalının mənbələrə istinadən yaydığı məlumata görə, bu addım beynəlxalq koalisiya qüvvələrinin İraqdakı missiyasının başa çatdırılması ilə bağlı plan çərçivəsində atılır.
Məlumata əsasən, ABŞ qüvvələri İraq Kürdüstanındakı mövqelərində yerləşdirilən hava hücumundan müdafiə sistemlərini sökür və hərbi texnikanı bölgədən çıxarır. Ağır texnikanın da ərazidən daşınmasına başlanılıb.Mənbələr bildiriblər ki, beynəlxalq koalisiyaya məxsus ən azı bir hərbi texnika karvanı hər gün İraq ərazisini tərk edir. pizza mizza
Qeyd olunur ki, beynəlxalq koalisiyanın İraqdakı missiyasının sentyabrın 30-da başa çatdırılması planlaşdırılır. ABŞ hərbçilərinin böyük hissəsi artıq İraqın federal ərazilərində yerləşən bazalardan çıxarılıb.Qüvvələrin bir hissəsi isə indiyədək İraq Kürdüstanında qalıb. Hazırda həmin ərazilərdəki hərbi texnikanın və hava hücumundan müdafiə sistemlərinin də mərhələli şəkildə çıxarıldığı bildirilir.
Koalisiyanın İraqdakı fəaliyyətinin başa çatdırılması ölkədə ABŞ hərbi mövcudluğunun əvvəlki mərhələdən fərqli formata keçməsi ilə nəticələnəcək.
Telegram kanalımız