“İrəvan Rusiya ilə necə vidalaşmaq istəyir?“ - Erməni nəşri

saytların hazırlanması

Evə çatdırılma

“İrəvan Rusiya ilə necə vidalaşmaq istəyir?“ - Erməni nəşri

Rəsmi

06 Oktyabr 2022 10:41 1027


"Bu gün keçiriləcək Paşinyan-Ərdoğan görüşü ilə bağlı xəbərlər,  o cümlədən Nikol Paşinyanın ailəsinə məxsus mediada “etibarlı mənbə”lə dərc olunan silsilə yazılar erməni cəmiyyətinə daha bir həyacan dozası aşılayıb. Ola bilsin ki, “inqilabçılar” Rusiya ilə vidalaşmaq istəyirlər. Narahatlıqlar isə əslində, normaldır".

Yenisabah.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazıb.

Erməni nəşrinin sözlərinə görə, bu günlərdə Nikol Paşinyan komanda yoldaşları ilə söhbətində tezislər təqdim edib. Həmin tezislərə görtə, Rusiya Ermənistanın suverenliyini əlindən almaq istəyir. Ona görə də Paşinyan Ermənistan onunla vidalaşıb Avropa və Amerikaya üz tutmalıdır:

Bununla belə, hakimiyyət özü-özünə sadə bir sual vermir: iqtisadiyyatımızın böyük hissəsi Rusiya Federasiyasına bağlıdırsa, Rusiya sərhədçiləri dövlətimizin suveren ərazisinə nəzarət edirsə, onlar Rusiya ilə necə vidalaşmaq istəyirlər?

Təbii ki, dünyanın fövqəldövlətləri ilə balanslaşdırılmış siyasət və öz maraqlarını irəli sürmək fantastik bir şeydir, lakin bunun üçün ilk növbədə ağıl və bacarıq lazımdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!