“Gəncənin atəşə tutulması mülki əhaliyə münasibətdə Cenevrə Konvensiyasının pozulması kimi qiymətləndirilməlidir”.
Yenisabah.az xəbər verir ki, bunu ukraynalı politoloq, “Doktrina” Siyasi Araşdırmalar Mərkəzinin Təhlükəsizlik siyasəti şöbəsinin rəhbəri Qleb Parfyonov bildirib.
O, Ermənistan qüvvələrinin qəsdən raket zərbələri endirdiyini vurğulayıb. Qeyd edib ki, onlar Bakını bilavasitə Ermənistana zərbələr endirmək üçün təhrik edirlər. Çünki bu yolla müdafiə müqavilələri çərçivəsində üçüncü ölkələri münaqişəyə cəlb etmək istəyirlər. Azərbaycanın dinc şəhərlərinin atəşə tutulması indiki eskalasiyada ilk belə hal deyil və təəssüf ki, İrəvana diplomatik və ya güc metodu ilə təsir etməyincə, çox güman, sonuncusu da olmayacaq”. Sezar pizza
Siyasi şərhçi Q.Parfyonov dünya birliyinin Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə dəstəkləməsi halında bu münaqişənin hələ ötən əsrin 80-ci illərinin sonlarında həll oluna biləcəyini də vurğulayıb: “Hamımız Bosniyada Sarayevonun mühasirəyə alınmasını və sonra dünya ictimaiyyətinin qan axıdılmasına və cinayətlər törədilməsinə qarşı sərt və qəti təsirini xatırlayırıq. Dünya ictimaiyyəti bu məsələyə də belə reaksiya göstərsə, münaqişə tez bir zamanda səngiyəcək. Cəzasız qalmaq yalnız daha çox cinayətə səbəb olur”. (Report)
Telegram kanalımız