Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-nin İrana qarşı yeni sanksiyalarının Ermənistan-İran iqtisadi əlaqələrinə təsirindən danışıb.
"Yeni Sabah" Armenpress-ə istinadla xəbər verir ki, o, İrana qarşı sanksiyalarla bağlı qərarların çoxşaxəli olduğunu vurğulayıb:
"Ona görə də əvvəlcə bu qərarların məzmunu ilə tanış olmalı, bu sanksiyaların reallıqda əməliyyatlara necə təsir etdiyini, hansı risklərin mövcud olduğunu və ümumiyyətlə, sanksiyaların tərkibinə nəyin daxil olduğunu anlamalıyıq. Proses geniş olduğundan, hər şeyi düzgün başa düşməyimizə və hər şeyin düzgün aparıldığına əmin olmaq üçün beynəlxalq tərəfdaşlarımızın dəstəyi ilə də daxil olmaqla, onu təhlil etmək prosesindəyik". pizza
Baş nazir xatırladıb ki, keçmişdə Rusiyaya da sanksiyalar tətbiq edildikdə, Avrasiya İqtisadi Birliyinin (Aİİ) üzvü kimi Ermənistan ticarəti sanksiyaların bu proseslə əlaqəli olmadığı şəkildə təşkil edirdi:
"Keçmiş təcrübəmdən danışıram ki, qərarlar bəzən dəyişir. Bu, çevik iş prosesidir".
Telegram kanalımız