İsfahana dron hücumu gərginliyi artıracaq - KTMT

saytların hazırlanması

Evə çatdırılma

İsfahana dron hücumu gərginliyi artıracaq - KTMT

Dünya

14 Fevral 2023 12:08 693


"İranın İsfahan şəhərindəki hərbi obyektlərə PUA hücumu Tehranın  reaksiyasına səbəb olacaq və bu, regionda gərginliyi artıracaq".

Yenisabah.az xəbər verir ki, bunu KTMT-nin Birləşmiş Qərargahının rəhbəri Anatoli Sidorov bildirib.

O deyib: “Bu ilin yanvar ayının sonunda PUA tətbiqi ilə edilən zərbələr, eləcə də İranın hərbi və infrastruktur obyektlərinə edilən təxribat, çox güman ki, İranın reaksiyasına səbəb ola bilər ki, bu da region ölkələrində gərginliyin artmasına səbəb ola bilər”. Dominos pizza

Xatırladaq ki, yanvarın 28-də İranın İsfahan əyalətində yerləşən müdafiə müəssisələrindən birinə hücum edilib. İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyindən verilən açıqlamaya görə, müdafiə sistemləri ilə dayandırılan pilotsuz təyyarənin hücumu nəticəsində xəsarət alan olmayıb, dəymiş ziyan isə cüzi olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!