İspaniya və Portuqaliyada istilər səbəbindən 1,7 minə yaxın insan həyatını itirib

saytların hazırlanması

Evə çatdırılma

İspaniya və Portuqaliyada istilər səbəbindən 1,7 minə yaxın insan həyatını itirib

Dünya

22 İyul 2022 17:00 955


Portuqaliya və İspaniyada anomal istilər səbəbindən 1,7 minə yaxın insan həyatını itirib. 

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Bürosunun rəhbəri Hans Klüge məlumat verib.

“Bu il təkcə İspaniya və Portuqaliyada mövcud isti dövrdə 1700-dən çox lüzumsuz ölümün şahidi olduq”, - deyə o bildirib. Marqarita pizza

Klüge hazırda hətta uzaq Şimalda, Skandinaviyada baş verən yanğınlardan da narahat olduğunu vurğulayıb.

Son zamanlar Qərb ölkələrində olduqca yüksək hava temperaturu müşahidə olunur. Bununla bağlı Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) nümayəndəsi Robert Stefanski qeyd edib ki, Avropada istilər gələn həftənin ortalarına qədər davam edəcək./Oxu.az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!