İsrail hərbçiləri Livanda xilasetmə briqadasına hücum etdi

saytların hazırlanması

Evə çatdırılma

İsrail hərbçiləri Livanda xilasetmə briqadasına hücum etdi

Dünya

29 Aprel 2026 00:46 118


İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda xilasetmə briqadasına hücum edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Livan ordusundan bildirilib.

Məlumata görə, mülki müdafiə bölmələri və hərbçilər Məcdəl Zunda (Tir ərazisi) vətəndaşların xilas edilməsi üzrə əməliyyat həyata keçiriblər.

"İsrailin atəşə tutması nəticəsində iki Livan əsgəri yaralanıb", - bəyanatda deyilir.

Daha əvvəl İsrailin Livanın cənubundakı səkkiz qəsəbəyə, eləcə də Tir şəhərinin şərqindəki ərazilərə aviazərbələr endirdiyi bildirilib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!