İsrail avqustun 1-də İstanbuldakı iqtisadi ofisini yenidən açacağını elan edib.
Yenisabah.az Ynet-ə istinadla xəbər verir ki, bunu İsrailin İqtisadiyyat naziri Orna Barbivai deyib.
"Bu addım İsrailin Türkiyə ilə iqtisadi əlaqələri dərinləşdirmək öhdəliyinin bir hissəsidir. Biz 10 il sonra, tezliklə ölkələr arasında birgə iqtisadi konfrans təşkil etmək niyyətindəyik". Toyuqlu pizza
Xatırladaq ki, 2021-ci ildə ölkələr arasında ikitərəfli ticarət 30 faiz artaraq 7,7 milyard dollara çatıb. Türkiyə İsrail iqtisadiyyatı üçün dördüncü ən mühüm ticarət tərəfdaşıdır və 2021-ci ildə beşinci ən əhəmiyyətli ixracat yeridir.
Telegram kanalımız