İsrail ordusu bir gecədə İordan çayının qərb sahilindəki bir yaşayış məntəqəsində 100-ə yaxın ünvana basqın edib.
“Yeni Sabah” xəbər verir ki, İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində yerləşən Bidu qəsəbəsində son 24 saat ərzində genişmiqyaslı əməliyyat keçirib. Ordunun məlumatına görə, sentyabrın 20-si axşam başlayan və sentyabrın 21-i axşam başa çatan Yom Kippur dini günü ərzində Biduda 100-ə yaxın ünvana basqın edilib. Təxminən 100 bina yoxlanılıb, 90 nəfər sorğu-suala tutulub. Əməliyyat zamanı ov tüfəngi də aşkar edilib.
İsrail qüvvələri sentyabrın 20-də İordan çayının qərb sahilinin mərkəzi hissəsində yerləşən Halamiş yaşayış məntəqəsi yaxınlığında baş verən silahlı hücumun şübhəli şəxsinə aid olduğu bildirilən evə də basqın edib. Həmin evin sökülməsi üçün ölçmə aparıldığı bildirilib. Dördpendirli pizza
Onlarla fələstinli saxlanılıb
Fələstin tərəfinin məlumatına görə, İsrail ordusunun Biduda keçirdiyi genişmiqyaslı əməliyyat zamanı ən azı 53 fələstinli saxlanılıb. İsrail ordusu daha əvvəl Halamiş yaxınlığında baş verən silahlı hücumun şübhəli şəxsinin saxlanıldığını açıqlamışdı. Hücum nəticəsində bir israillinin öldüyü bildirilmişdi. Ordunun açıqlamasında hücumdan sonra ərazidən qaçan şəxsin yaralı vəziyyətdə Ramallah şəhərindəki xəstəxanada tapıldığı qeyd olunmuşdu.
Bundan başqa, İsrail ordusunun İordan çayının qərb sahilinin şimalında, Cenin şəhəri yaxınlığındakı Kabatiyə qəsəbəsində iki fələstinlini də saxladığı bildirilib. Onların yeni hücum hazırlamağı planlaşdırdıqları iddia olunur.
Əsmətxanım Rzazadə
Telegram kanalımız