İsrailin Azərbaycandakı keçmiş səfirinə mühüm vəzifə verildi

saytların hazırlanması

Evə çatdırılma

İsrailin Azərbaycandakı keçmiş səfirinə mühüm vəzifə verildi

Siyasət

23 Aprel 2026 22:52 123


İsrailin Azərbaycandakı keçmiş səfiri Corc Dik xristian dünyası ilə işlər üzrə xüsusi nümayəndə təyin edilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri məlumat yayıb.

Məlumata əsasən, bu vəzifəyə o, İsrailin xarici işlər naziri Gideon Saar tərəfindən təyin edib. Bu təyinat İsrailin dünya miqyasında xristian icmaları ilə əlaqələrini dərinləşdirmək məqsədi daşıyır.

Qeyd edək ki, C.Dik 18 illik təcrübəyə malik peşəkar diplomatdır. O, son vaxtlara qədər İsrailin Azərbaycandakı səfiri vəzifəsini tutub və ölkə tarixində bu posta təyin olunan ilk xristian səfir olub. Dik, həmçinin Xarici İşlər Nazirliyində "görkəmli rəhbər" adına layiq görülüb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!