İsrailin müdafiə naziri Benni Qantz Türkiyə səfərinə dair bəyanat yayıb.
Yenisabah.az “Times of Israel”ə istinadla xəbər verir ki, onun ofisi Rəcəb Tayyip Ərdoğanla görüünü bu cür səciyyələndirib: "Tərəflər bir sıra strateji məsələləri, iki ölkənin Yaxın Şərq və Şərqi Aralıq dənizində sabitlik, firavanlıq və təhlükəsizlik işinə sadiqliyini müzakirə ediblər.
Qantz Türkiyə hakimiyyətinin iyulun sonunda İstanbulda israilli turistləri öldürməyi və ya qaçırmağı planlaşdıran İran özəklərini silsilə hücumlarının qarşısını ala bildiyinə görə Ərdoğana təşəkkür edib. pizza
İsrailin müdafiə naziri bildirib: "Bu antiterror fəaliyyəti əməkdaşlığın gücləndirilməsi və ölkələr arasında rəsmi müdafiə əlaqələrinin bərpası imkanları baxımından böyük əhəmiyyət kəsb edir".
Xatırldaq ki, B.Qantz türkiyəli vəzifədaşı Hulusi Akarla görüşüb.
Telegram kanalımız