İstanbulda Azərbaycan vətəndaşına qarşı dələduzluq: Cinayət şəbəkəsi çökdürüldü

saytların hazırlanması

Evə çatdırılma

İstanbulda Azərbaycan vətəndaşına qarşı dələduzluq: Cinayət şəbəkəsi çökdürüldü

Dünya

10 İyul 2026 23:58 77


İstanbulun Eyüpsultan rayonunda özlərini telefon vasitəsilə polis və prokuror kimi təqdim edən dələduzlar Azərbaycan vətəndaşından təxminən 1 milyon 500 min lirə (54 300 manat - red.) dəyərində zinət əşyalarını götürərək hadisə yerindən uzaqlaşıblar.

"Yeni Sabah" xəbər verir ki, cinayətkar şəbəkəyə qarşı keçirilən əməliyyat nəticəsində beş nəfər şübhəli qismində saxlanılıb.

Hadisə iyulun 1-də baş verib. Məlumata görə, şübhəlilərdən biri öz avtomobili ilə zərərçəkən Azərbaycan vətəndaşı ilə görüşüb. Zinət əşyalarını aldıqdan sonra isə o, yaxınlıqda onu gözləyən digər avtomobilə minərək ərazidən uzaqlaşıb. Polis tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəlilərin şəxsiyyəti və gizləndikləri ünvanlar müəyyən edilib. Marqarita pizza

Keçirilən əməliyyat zamanı beş şübhəli yaxalanıb. Onların üzərində və nəqliyyat vasitələrində aparılan axtarışlar zamanı üzərində "etibarsız" (görünüşü saxta) yazısı olan 142 ədəd 100 avroluq əskinas, oğurlanmış üzük, sırğa, boyunbağı və 19 880 lirə (təqribən 720 manat) nağd pul aşkar edilərək maddi sübut kimi götürülüb.

Məhkəmə qarşısına çıxarılan şübhəlilərdən dördü barəsində həbs qətimkan tədbiri seçilib, biri isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!