İstanbulda iranlı qadınlara dəstək aksiyası keçirildi

saytların hazırlanması

Evə çatdırılma

İstanbulda iranlı qadınlara dəstək aksiyası keçirildi

Dünya

03 Oktyabr 2022 07:27 849


İranda 22 yaşlı Məhsa Əmininin polis şöbəsindəki ölümündən sonra baş qaldıran etirazlara dəstək məqsədilə İstanbulda aksiya keçirilib.

Kadıköydə Eminönü-Karaköy körpüsü qarşısında toplaşan insanlar “İranda, Türkiyədə və hər yerdə qadınlara azadlıq” yazılmış pankart açıb və müxtəlif plakatlar daşıyıblar.

İstanbulda yaşayan iranlıların da iştirak etdiyi nümayişdə qadınlara azadlıq tələbləri dilə gətirilib və İran rejiminin mövcud təqibləri tənqid edilib. pizza hut

Aksiya bir saat davam etdikdən sonra insidentsiz başa çatıb.

Mənbə: Haber Global


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!