İstidə çimərkən soyuq şok riski ilə bağlı xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

İstidə çimərkən soyuq şok riski ilə bağlı xəbərdarlıq

Sosial

11 İyul 2023 06:52 609


Avropanın bir çox ölkələrini isti bürüyüb. Fransada bir sıra departamentlərdə narıncı - təhlükəli rejim elan edilib. Lionda bazar günü hava 38 dərəcəyə qədər istiləşib.

Almaniyada istilik 38, Polşada 30 dərəcəyə qalxıb. İtaliyada da istilər artıb. İspaniya və Portuqaliyada da yaxın günlərdə havanın temperaturunun 40 dərəcəni keçəcəyi proqnozlaşdırılıb.

Həkimlər günorta günəşində çölə çıxmamağa və bol su içməyə çağırırlar. Toyuqlu pizza

Bundan başqa, istidə çimərkən soyuq şok riski ilə bağlı xəbərdarlıq da edirlər. Sərinləmək üçün insanlar göllərə və çaylara qaçırlar. Amma günəş vurması, günəş yanığı ilə yanaşı, soyuq suya girərkən bədənin stressli vəziyyətə düşməsi də çox təhlükəlidir. Bu zaman bədən temperatur şoku alır. Bunun nəticəsi ölümcül ola bilər.

Qeyd edək ki, ötən il Avropada anomal istilərin təsiri nəticəsində 15 minə yaxın insan həyatını itirib. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!