25 Sentyabr - 05:18
İsveçrə klubu millimizin üzvünü təbrik etdi

İsveçrə klubu millimizin üzvünü təbrik etdi

İdman

23 Sentyabr 2022 21:50 368


Millimizin futbolçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” oyunçunu yığmada ilk qolunu vurması münasibəti ilə təbrik edib.

Yenisabah.az xəbər verir ki, İsveçrə klubu sosial şəbəkə hesablarında Dadaşovun şəklini paylaşaraq bu sözləri yazıb:

“Renat Millətlər Liqasının dünənki qələbəsində Azərbaycan millisinin heyətində ilk qolunu vurub. Təbriklər Renat”.  

Qeyd edək ki, R.Dadaşov Millətlər Liqasının 5-ci turunda Slovakiya ilə matçda (2:1) millimizin birinci qolunun müəllifi olub. Bununla da o, yığmamızda ilk qolunu vurub./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!