Kadırov keçmiş hakimin arvadını oğurlatdırdı

saytların hazırlanması

Evə çatdırılma

Kadırov keçmiş hakimin arvadını oğurlatdırdı

Hadisə

22 Yanvar 2022 07:47 942


Rusiyada bu ilin yanvar ayının 20-də ağlasığmaz hadisə baş verib.

“Yeni Sabah” Musavat.com-a istinadən xəbər verir ki, silahlı adamlar Nijni-Novqorod şəhərində Çeçenistan Ali Məhkəməsinin keçmiş hakimi, Ramzan Kadırovun düşməni Saydi Yanqulbayevin evinə soxularaq, onun arvadını oğurlayıb aparıblar.

Silahlı şəxslər guya əllərində hansısa sənəd göstərərək, Rusiya Daxili İşlər Nazirliyinin Qroznı şəhər idarəsinin sərəncamı ilə gəldiklərini bildiriblər. Onların hədəfi əslində Saydi Yanqulbayev olub. pizza hut

Sənədin saxtalığını təsbit edən keçmiş hakim həmin adamları evə buraxmaq istəməyib. Bu zaman silahlı şəxslər evə zorla soxularaq gözünün önündə arvadı Zarema Musayevanı döyüb, daha sonra evdən çıxarıblar. Saydi Yanqulbayevin toxunulmazlığa malik olması onu eyni aqibətdən xilas edib.

Hadisəyə münasibət bildirən Ramzan Kadırov Teleqram kanalında bunları yazıb:

“Nə olursa olsun, bildirirəm ki, bu ailəni ya həbsxana, ya da yeraltı gözləyir. Və bu artıq məndən asılı deyil. Mən cəmiyyətdəki əhval-ruhiyyəni bilirəm. Nə qədər ki heç olmasa bir çeçen sağdır, bu ailənin üzvləri daha sərbəst həyatdan həzz ala bilməyəcəklər. Bunu həmişə xatırlayın, Yanqulbayevlər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!