Kadırov səfərbərlikdən danışdı: “Planı 254 faiz yerinə yetirmişik”

saytların hazırlanması

Evə çatdırılma

Kadırov səfərbərlikdən danışdı: “Planı 254 faiz yerinə yetirmişik”

Dünya

23 Sentyabr 2022 10:36 955


“Çeçenistanda yeni hərbi hissələrin formalaşdırılması hesabına plan layihəsi 254% artıqlaması ilə yerinə yetirilib”.

Yenisabah.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov özünün “Telegram” kanalında yayımladığı videoda bildirib.

“Cümə axşamı mən Rusiya Federasiyasının prezidenti Vladimir Putinin elan etdiyi qismən səfərbərlik çərçivəsində Çeçenistan Respublikasının sakinlərinin hərbi xidmətə çağırılması mövzusunda görüş keçirdim. Çeçenistan Respublikasında plan layihəsi 254 faiz artıqlaması ilə yerinə yetirilib”, - Kadırov qeyd edib. Marqarita pizza

Bundan əlavə, Çeçenistan rəhbəri respublikada minlərlə könüllüdən ibarət ehtiyatın mövcudluğunu qeyd edib:

“Lazım gələrsə, onlar da vətənin müdafiəçiləri sırasına qoşula biləcəklər”

Xatırladaq ki, sentyabrın 21-də Rusiya prezidenti Vladimir Putin vətəndaşlara müraciət edərək qismən səfərbərlik elan edib və artıq bu barədə müvafiq fərman imzalanıb. Prezidentin sözlərinə görə, Rusiya Federasiyasında qismən hərbi xidmətə çağırış çərçivəsində yalnız ehtiyatda olan ordunun vətəndaşları, ilk növbədə, döyüş təcrübəsi olanlar çağırılacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!