Qondarma erməni soyqırımının 110 illiyini yad edən Kaliforniya erməniləri Los Ancelesdə mitinq təşkil edib. Mitinq iştirakçıları Ermənistan baş naziri Nikol Paşinyanın soyqırım məsələsini müzakirəyə açmasını “alçaqlıq” kimi dəyərləndirib.
Yenisabah.az xəbər verir ki, dünyada, xüsusən də ABŞ-də yaşayan diaspor erməniləri Paşinyanı qondarma soyqırımı ucuzlaşdırmaqda ittiham edir. Los Ancelesdəki mitinqlərdə ermənilər Azərbaycan və Türkiyə bayraqlarını yandırıb.
Xatırladaq ki, Nikol Paşinyan daha öncə verdiyi açıqlamalarda soyqırım məsələsinə toxunaraq, bunun keçmişdə qaldığını və Türkiyə ilə münasibətlərin bərpasına ciddi zərbə vurduğunu qeyd edib. Paşinyan hər il olduğu kimi bu il də Yerevandakı soyqırım abidəsini ziyarət edib. pizza hut
Telegram kanalımız