Kamran Əliyev “Haber Global”a erməni cinayətlərindən danışdı: “Sübutlarımız var” - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Kamran Əliyev “Haber Global”a erməni cinayətlərindən danışdı: “Sübutlarımız var” - VİDEO

Siyasət

02 Noyabr 2021 15:12 903


Ermənistan tərəfdən minalanmış ərazilərin xəritələrinin verilməsində maneələr törədilir.

Bu sözləri Azərbaycan baş prokuroru Kamran Əliyev “Haber Global”a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu xəritələr ya verilmir, ya da verildiyi zaman tam dəqiqliyi əks etdirmir.

“Biz bu istiqamətdə fəaliyyətlərimizi davam etdiririk. Bir tərəfdən həmin əraziləri öz gücümüzlə, müttəfiqlərimizin gücü ilə minalardan təmizləyirik. Ermənistan tərəfi ilə də istənilən halda danışıqlar aparılır”.

K.Əliyev Ermənistanın törətdiyi cinayətlərdən də söz açıb: “Ekoloji cinayətlər, tarixi abidələrə qarşı cinayətlər var. Eyni zamanda vətəndaşların evlərini dağıdıblar”.

O, Ermənistanın törətdiyi cinayətlərə görə cəzasız qalmayacağını, bu istiqamətdə işlər aparıldığını vurğulayıb: “Kifayət qədər sübutlarımız var”.

K.Əliyev bütün bu müddətdə Azərbaycanın yanında olan Türkiyəyə də təşəkkür edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!