Kanada Ukraynaya zirehli maşınlar göndərəcək

saytların hazırlanması

Evə çatdırılma

Kanada Ukraynaya zirehli maşınlar göndərəcək

Dünya

18 Yanvar 2023 17:57 715


Kanadanın müdafiə naziri Anita Anand Kiyevə səfəri zamanı Ukraynaya 200 zirehli texnika göndərmək niyyətində olduğunu bildirib.

Yenisabah.az "The Globe and Mail"ə istinadla xəbər verir ki, söhbət 8 personal daşıya bilən "Senator" modelinin avtomobillərindən gedir. Bu zirehli maşın döyüşçülərin və texnikanın daşınması, yaralıların təxliyəsi üçün istifadə oluna bilər.

Tədarükün dəyəri 90 milyon dollar təşkil edəcək. Gözlənilir ki, 200 zirehli maşının hamısı yaya qədər Ukraynaya çatdırılacaq. Dominos pizza

Zirehli maşınlar Kanadanın ötən ilin noyabrında elan etdiyi 500 milyon dollarlıq hərbi yardım paketinin bir hissəsidir. Bu vəsaitin əhəmiyyətli hissəsi Ukrayna üçün NASAMS zenit-raket kompleksinin və onun üçün raketlərin alınmasına yönəldilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!