Papa Fransiskin İsraildəki nümayəndəsi özünü HƏMAS-ın girov götürdüyü və Qəzza zolağında saxladığı israilli uşaqlarla dəyişməyə hazırdır.
Yenisabah.az Reuters-ə istinadla xəbər verir ki, bunu Qüds ptriarxı kardinal Pierbattista Pizzaballa İtaliyada jurnalistlərlə videokonfrans zamanı deyib.
O bildirib: “Mən hər şeyə, əgər bu, azadlığa, uşaqların evə qayıtmasına gətirib çıxararsa, mübadilə etməyə hazıram. Problem deyil. Mənim tərəfimdən tam hazırlıq var. İlk iş girovları azad etməyə çalışmaqdır, əks halda eskalasiyanı dayandırmaq mümkün olmayacaq. Biz kömək etməyə hazırıq, hətta şəxsən mən”. pizza hut
Bununla belə, kardinal vurğulayıb ki, onun və ofisinin HƏMAS ilə hələlik birbaşa əlaqəsi olmayıb.
Pizzaballa İsrail və Fələstin ərazilərində, həmçinin təxminən 300.000 katoliklərin yaşadığı İordaniya və Kiprdə katolik fəaliyyətlərinə nəzarət edir.
O bildirib ki, təxminən 1000 xristian İsrailin hücumları nəticəsində evləri dağıdılandan sonra Qəzzanın şimalındakı kilsə binalarına sığınıb. “Onlar hara gedəcəklərini bilmirlər, çünki keçid təhlükəlidir.
Telegram kanalımız