Abşeron rayonunda keçmiş həyat yoldaşının boğazını kəsən şəxsin həbs müddəti uzadılıb.
“Yeni Sabah”ın məlumatına görə, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən Bayramov Nahid Əlövsət oğlu barədə həbs-qətimkan tədbiri hakim Şövkət Nəcəfova tərəfindən uzadılıb.
Qeyd edək ki, qətl hadisəsi yanvar ayında baş verib. Belə ki, Xırdalan şəhərində bazarında yanında yerləşən məhəllədə Nahid Bayramov keçmiş arvadı Gülgəz Əliyeva ilə mübahisə edib. Bu zaman o cibindən bıçaq çıxararaq qadının boğazından zərbə vuraraq kəsib. Yaralı çoxlu qan itirərək xəstəxanaya yerləşdirilib və orada qanaxmadan dünyasını dəyişib. Dominos pizza
Qeyd edək ki, G.Əliyeva bir neçə ay bundan öncə ərindən boşanıb.
Azər İsrafilov
Telegram kanalımız