Keçmiş arvadının saçını yolan nazirlik əməkdaşı həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş arvadının saçını yolan nazirlik əməkdaşı həbs edildi

Hadisə

18 Oktyabr 2025 09:06 2226


Ucarda keçmiş arvadının saçını yolan FHN işçisi həbs edilib.

Oxu.Az xəbər verir ki, hadisə rayon ərazisində yerləşən marketlərdən birində baş verib.

Məlumata görə, təqsirləndirilən şəxs Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Ucar rayon Dövlət yanğından mühafizə hissəsinin yanğınsöndürəni vəzifəsində işləyir. pizza hut

Hadisə 13 sentyabr 2025-ci il tarixdə baş verib. Belə ki, günorta saatlarında keçmiş arvadının iş yerinə gedərək, yanına çağırıb. Həmin gün onun yanına getməkdə məqsədi keçmiş arvadının ailəsinə saxlamaları üçün verdiyi öz pulunun bir hissəsini geri almaq olub. Buna görə də marketin içərisində zərərçəkmişdən ailəsinə verdiyi puldan 100 manat məbləğini ona geri qaytarmasını xahiş edib.

Zərərçəkmiş isə çıxıb getməsini və onu narahat etməməsini bildirərək, uzaqlaşmaq istəyib. Təqsirləndirilən şəxs bu zaman dayanmasını tələb etsə də, qadın heç bir sözünə məhəl qoymayıb. Buna görə də əsəbiləşərək dayanması üçün sağ əli ilə onun saçından tutub dartıb. Bundan sonra zərərçəkmiş dərhal çıxıb getməsini tələb edib. O da hadisə yerini tərk edib.

Ucar Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək və ona inzibati tənbeh olaraq 15 gün müddətində həbs təyin olunub. O, məhkəmə iclas zalından dərhal həbs olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!