Keçmiş AXCP üzvü KXCP sıralarına qatıldı

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş AXCP üzvü KXCP sıralarına qatıldı

Siyasət

02 Sentyabr 2019 12:08 1701


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin keçmiş üzvü Sahib Kərimli Klassik Azərbaycan Xaql Cəbhəsi Pariyasının (KXCP) sıralarına daxil olub. 

Bu barədə “Yeni Sabah”a Sahib Kərimlinin özü məlumat verib. Onun sözlərinə görə, KXCP-ni seçməsi bu partiyanın Rəsulzadə-Elçibəy siyasi platformasının mərkəzində olması ilə bağlıdır. 

“Mənim siyasi mövqeyimdə Rəsulzadə-Elçibəy platforması həmişə prioritet olub. KXCP də bu baxımdan diqqətimi çəkdi və mən siyasi fəaliyyətimi bu partiyada davam etdirməyə qərar verdim”,- deyə Sahib Kərimli bildirib. pizza mizza

Onun sözlərinə görə, hələlik KXCP-nin sıravi üzvüdür: “Mən üzvlük üçün müraciət etdim, İdarə Heyəti də müsbət qarşıladı. Hələlik sıravi üzvəm. Təfərrüata varmaq istəmirəm”.

Sahib Kərimli 2017-ci ildə AXCP sıralarından çıxarılıb. Sahib Kərimli bunu AXCP-nin qurultayında partiya sədri Əli Kərimliyə rəqib olması ilə izah edir. 

KXCP-nin sədri Mirmahmud Mirəlioğludur. Partiya 2006-cı ildən fəaliyyət göstərir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!