Keçmiş baş naziri öldürən şəxs ömürlük həbs cəzası aldı

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş baş naziri öldürən şəxs ömürlük həbs cəzası aldı

Dünya

21 Yanvar 2026 10:04 308


Yaponiyanın keçmiş baş naziri Sindzo Abeni 2022-ci ildə Nara şəhərində seçki mitinqi zamanı qətlə yetirən Tetsuya Yamaqami ömürlük həbs cəzasına məhkum edilib.

“Yeni Sabah” BBC-yə istinadla xəbər verir ki, məhkəmədə təqsirini etiraf edən Yamaqaminin cəzası Yaponiyada ictimai rəyi iki yerə bölüb.

Bir qisim 45 yaşlı Yamaqamini soyuqqanlı qatil hesab etsə də, digərləri onun çətin uşaqlıq dövrünü və həyat şəraitini əsas gətirərək ona simpatiya göstərir. pizza mizza

Prokurorluq cinayəti “ağır və sarsıdıcı” adlandıraraq ən sərt cəzanın verilməsini tələb edib. Müdafiə tərəfi isə Yamaqaminin dini təzyiqlər və ailə problemləri ucbatından psixoloji travmalar yaşadığını bildirərək cəzanın yüngülləşdirilməsini istəyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!