Keçmiş futbolçu kokain qaçaqmalçılığına görə həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş futbolçu kokain qaçaqmalçılığına görə həbs edildi

İdman

20 Dekabr 2024 13:48 515


İspaniyada "Çuçi" ləqəbi ilə tanınan keçmiş futbolçu Xesus Emilio Diaz de Miera hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.

Məlumata görə, Diaz de Miera İspaniyanın Kadis əyalətinin El Puerto de Santa Maria şəhərində həbs edilib. Toyuqlu pizza

Bilbao "Atletik"inin sabiq oyunçusu külli miqdarda narkotik qaçaqmalçılığı ilə bağlı ittiham olunur. O, 2009-cu ildə Argentinadan Valensiya limanına 950 kiloqram kokain gətirməkdə və bu əməliyyatı digərlərinin dəstəyilə həyata keçirməkdə günahlandırılır. Narkotik maddənin qara bazardakı dəyərinin 32 milyon avrodan çox olduğu bildirilir.

Qeyd edək ki, Diaz de Miera 2014-cü ildə bu cinayətlə əlaqədar 9 il həbs cəzasına məhkum edilib. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!