Keçmiş icra başçısının gəlini əmlakını tələb edir

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş icra başçısının gəlini əmlakını tələb edir

Kriminal

30 Yanvar 2024 14:59 1002


Biləsuvarın həbsdə olan sabiq icra başçısı Mahir Quliyevin gəlini qayınatası ilə bağlı hökmdən narazıdır.

Yenisabah.az qafqazinfo-ya istinadla xəbər verir ki, İlkanə Quliyeva hökmün əmlakların müsadirəsi hissəsi ilə əlaqədar maraqlı şəxs kimi Ali Məhkəməyə müraciət edib.

Quliyeva iddia edir ki, qaynatasının əmlakı kimi dövlət nəfinə alınan Bakı şəhərində yerləşən evlərdən biri əslində, ona məxsusdur. O, yüksək instansiya məhkəməsinə göndərdiyi şikayət ərizəsində həmin evin müsadirədən azad edilməsini xahiş edir. Sezar pizza

Kassasiya şikayəti məhkəmənin icraatına qəbul edilib.

Xatırlaraq ki, M.Quliyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib. Eks-icra başçısı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, M. Quliyevin 2 evi və 1 avtomobili dövlət nəfinə müsadirə olunub. Şirvan Apellyasiya Məhkəməsi və Ali Məhkəmə hökmü qüvvədə saxlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!