Səudiyyə Ərəbistanının keçmiş kəşfiyyat rəhbəri vəliəhd şahzadə Məhəmməd bin Salmanı dünya üçün təhlükə yaradan “psixopat” adlandırıb.
Yenisabah.az "CBS News"-a istinadəlla xəbər verir ki, Saad əl-Cəbri MBS kimi də tanınan vəliəhd şahzadə Məhəmmədin “sonsuz resurslara” malik “qatil” olduğu barədə xəbərdarlıq edib:
“Mən Yaxın Şərqdə öz xalqı, amerikalılar və bütün planet üçün təhlükə yaradan sonsuz resursları olan bir psixopatik qatil haqqında həyəcan təbili çalmaq üçün buradayam. Heç bir rəğbəti, duyğuları olmayan bir psixopat... Biz bu qatilin törətdiyi vəhşiliklərin və cinayətlərin şahidi olduq”. pizza hut
Əl-Cəbri uzun müddət 2017-ci ilin iyununda Səudiyyə vəliəhd şahzadəsi vəzifəsindən devrilmiş və MBS ilə əvəzlənmiş Məhəmməd bin Naifin müşaviri vəzifəsində çalışıb.
Əl-Cəbri 2017-ci ildə Səudiyyə Ərəbistanından Kanadaya qaçıb.
Telegram kanalımız