Keçmiş məhkum narkotiklə tutuldu: Başqa cinayətləri üzə çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş məhkum narkotiklə tutuldu: Başqa cinayətləri üzə çıxdı

Kriminal

02 Mart 2022 12:47 684


Masallıda narkotik vasitə ilə tutulan keçmiş məhkumun oğurluq əməllərinin də üstü açılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı şəhər sakini, əvvəllər məhkum olunmuş Qəzənfər Əliyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Aparılan əlavə əməliyyat-axtarış tədbirləri ilə həmin şəxsin oğurluq əməllərinin də üstü açılıb. Belə ki, Q.Əliyevin ayrı-ayrı vaxtlarda rayon ərazisindəki plastik boru istehsalı sexlərindən birindən 2000 manat dəyərində ehtiyat hissələri və naqil, yaşayış evlərindən birinin həyətindəki tövlədən 250 manat dəyərində 2 baş xırdabuynuzlu heyvan və digər bir yaşayış evindən isə 500 manat dəyərində məişət əşyalarını oğurladığı müəyyən edilib.  Sezar pizza

Faktlarla bağlı araşdırma aparılır


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!