Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Keçmiş məhkumun evindən 12 kilo heroin çıxdı
21 Sen 2021 15:49
446

Keçmiş məhkumun evindən 12 kilo heroin çıxdı

Astarada narkotacir saxlanılıb. 

Daxili İşlər Nazirliyindən Yenisabah.az-a verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Astara rayonunun Hamuşam kənd sakini, əvvəllər məhkum olunmuş A.Həbibov rayon ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 75 qram tiryək və 1 ədəd plastik kart aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan 12 kiloqramdan artıq heroin, 910 qram tiryək, 2 kiloqramdan artıq heroin, metamfetamin və elektron tərəzi götürülüb. 

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər