Respublika Narkoloji Mərkəzinin baş direktoru işləmiş Elşən Mustafayev və həmin qurumun direktor müavini işləmiş Zamin Əliyevin barələrində olan qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
"Yeni Sabah" APA xəbər verir ki, şikayət təmin edilməyib, Bakı Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Elşən Mustafayev və Zamin Əliyev hər ikisi 3 il müəyyən müddətə vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hər iki təqsirləndirilən şəxsin cəzasının 3 il azaldılması barədə qərar qəbul edib. Sezar pizza
Telegram kanalımız