2022-ci ilin yanvar hadisələri zamanı Qazaxıstanın keçmiş müdafiə naziri Murat Bektanov qanunsuz əmrlər verib və hərbi strateji obyektləri mühafizəsiz qoyub.
Yenisabah.az "Interfax"a istinadla xəbər verir ki, bu barədə ölkənin baş prokuroru Berik Asılov danışıb.
"Hərbi məhkəmədə sabiq müdafiə naziri Bektanovun işi üzrə dinləmələr davam edir. İstintaq hesab edir ki, fövqəladə vəziyyət dövründə o, açıq-aşkar qanunsuz göstərişlər verib və hərbi strateji obyektləri mühafizəsiz qoyub. Keçmiş müdafiə naziri Konstitusiya normalarının bərpası üçün tədbirlər görməyib”, - deyə parlamentin aşağı palatasının plenar iclasında B. Asılov bildirib. pizza sifarişi
Baş prokuror əlavə edib: "Buna görə də Bektanov döyüş şəraitində vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun əməllərinə yekun hüquqi qiymət və cəzanı məhkəmə müəyyən edəcək".
2021-ci ilin avqustundan Müdafiə Nazirliyinə rəhbərlik edən Bektanov 2022-ci il yanvarın 19-da ölkədə kütləvi iğtişaşlar baş verdikdən sonra tutduğu vəzifədən azad edilib. Fevralın 20-də o, saxlanılaraq müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.
Telegram kanalımız