"E-Bay"-da əcnəbi vətəndaşın Səttar Bəhrulzadənin əsərlərinin satması yalnız Mədəniyyət Nazirliyi və Gömrük Komitəsinin məsul şəxslərinin vəzifə səlahiyyətlərini aşması nəticəsində mümkündür".
Yenisabah.az xbər verir ki, bunu Azərbaycanın keçmiş XİN rəhbəri Tofiq Zülfüqarov bildirib.
O, sosial şəbəkə hesabında yazıb: Baş Prokurorluq dərhal bu məsələ ilə bağlı cinayət işi açmalı və Türkiyədən olan həmkarlarından hüquqi yardım almalıdır". pizza mizza
Xatırladaq ki, bu mövzunu gündəmə Kamil Şahverdi gətirib.
"Dostlar, "eBay" internet-mağazada Səttar Bəhlulzadənin 650 əsəri 18.500.000 $-a satışa çıxarılıb.
Bundan başqa, Mikayıl Abdullayevin, Böyükağa Mirzəzadənin, Toğrul Nərimanbəyovun, Əli Verdiyevin əsərləri də təklif olunur. Türkiyədən satışa çıxarılan əsərlərin orijinal olduğunu Azərbaycan Dövlət muzeyinin təqdim etdiyi sertifikatlarla təsdiqləndiyi bildirilir.
İllərlə muzeylərimizdə baş verənlərin nəticəsi belə də olmalı idi...
Əlavə sübuta ehtiyac varmı?"
Telegram kanalımız