Keçmiş nazir müavininin sərvəti 10 milyard dollara çatıb

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş nazir müavininin sərvəti 10 milyard dollara çatıb

Dünya

27 Mart 2021 13:54 1010


Rusiyanın keçmiş rabitə nazir müavini Denis Sverdlovun sərvəti 10 milyard dollara çatıb. “Forbes” nəşrinin məlumatına görə, eks-məmurun elektrikli nəqliyyat istehsal edən şirkətinin səhmlərinin birjada yerləşdirilməsi onu ölkəsinin ən varlı şəxslərindən birinə çevirib.

Qeyd edək ki, keçmiş nazir müavini 2012-2013-cü illərdə vəzifə tutub. O, öz şirkətini 2015-ci ildə yaradıb. D.Sverdlovun “Arrival” şirkəti ABŞ-ın “CIIG Merger Corp” şirkətilə birləşərək martın 25-də səhmlərini qiymətli kağızlar bazarına (NASDAQ) çıxarıb. “Finansial Times” nəşrinin məlumatına əsasən səhmlərin ümumi dəyəri 13.6 milyard dollar təşkil edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!