“Təqdim olunan yeni layihə iqtidarın və siyasi hakimiyyətin “sülh gündəmi”nə uyğundur”.
Yenisabah.az xəbər verir ki, bu sözləri “Hraparak”a müsahibəsində Ermənistanın keçmiş müdafiə naziri Davit Tonoyan vəkilləri vasitəsilə deyib.
Eks nazir 24 milyon drama 5 ay hərbi xidmət çəkmək barədə qəbul edilməsi planlaşdırılan yeni hərbi qanunu dəstəkləmədiyini bildirib. pizza
“Şəxsən mən və Müdafiə Nazirliyi bu cür təşəbbüslərə həmişə öz etirazımızı bildirmişik.
Mənim üçün layihənin təklif etdiyi parametrlər qəbuledilməzdir. Vətənə xidmətdən azad olmaq üçün onlar fidyə verirlər sanki. Lakin məncə, Ermənistan Respublikasının Silahlı Qüvvələrində xidmət alqışlanmalı və bu tendensiya gənclər üzərində aşılanmalıdır.
Maraqlıdır, görəsən, övladlarını silahlı qüvvələrdə ən azı 1,5 illik xidmət məhrumiyyətlərindən azad etmək üçün pul ödəyəcək şəxslərin adları ilə bağlı şəffaflıq olacaqmı?”
Telegram kanalımız